Haqqımızda

"AFA TRANSLATION" şirkəti

Azərbaycan Respublikasında aparıcı tərcümə şirkətlərindən biri olan "AFA TRANSLATION" öz fəaliyyət sahəsini genişləndirmək imkanına, həmçinin inkişaf etmiş təşkilati və tərəfdaşlıq strukturuna malikdir və biznesin linqvistik təminatı üzrə tam çeşiddə xidmət göstərir.

Biz bazarda tərcümə xidmətlərini təklif edərkən, öz sifarişçilərimizlə uzunmüddətli münasibətlərə istiqamətlənirik ki, həmin münasibətlər də dialoqa hazırlıq və müştərilərin tələblərinə qarşı diqqətli yanaşmaya əsaslanır. Bizim üçün ikinci dərəcəli sifariş və ikinci dərəcəli müştəri yoxdur.

«AFA Translation» tərcümə agentliyinin tərəfdaş kimi üstünlükləri:

Bazarda fəaliyyət göstərdiyimiz müddət ərzində biz tərcümə biznesi sahəsində etibarlı tərəfdaş kimi nüfuz qazanmışıq. Bizim müştərilərin sırasına beynəlxalq şirkətlərin nümayəndəlikləri, tikinti şirkətləri, neftçıxarma şirkətləri, mobil operatorlar, layihə təşkilatları, tibb şirkətləri, orta və kiçik biznes və fiziki şəxslər daxildir.

Şirkətimiz sizə aşağıda təsvir olunan ən geniş çeşiddə xidmətlər təqdim etməyə hazırdır:

Tərcümənin keyfiyyəti təkcə bizim sifarişçilərimiz üçün deyil, həm də bizim özümüz üçün müsbət imicin əsas gstəricisidir, buna görə də, biz mətn üzərində ilkin analizin aparılmasından və tematik lüğətin tərtib edilməsindən mətnin yekun tərtibatına və sifarişçiyə təhvil verilməsinə qədər tərcümənin hər bir mərhələsində daim çoxsəviyyəli nəzarət həyata keçiririk.

Biz hər bir sifarişin yerinə yetirilməsi üçün icraçıları diqqətlə seçirik və ancaq peşəkar tərcüməçilərlə işləyirik. Bizim bütün tərcüməçilərimiz çoxmərhələli testdən keçiblər və onların ixtisası tərcümə etdikləri mətnlərin mövzusuna uyğundur.

Bizim əməkdaşlarımız çoxillik iş təcrübəsinə malik olan və dilin lüğət tərkibinin müxtəlif sahələrində ixtisaslaşmış yüksək səviyyəli peşəkarlardır. Bizim fəaliyyətimizdə kadr potensialı şirkətin ən qiymətli kapitalı sayılır ki, biz bununla fəxr edir və yüksək qiymətləndiririk.

«AFA Translation» bazarda İSO 9001-2000 tələblərinə cavab verən keyfiyyətin idarə olunması sistemini tətbiq etmiş ilk tərcümə şirkətidir. Keyfiyyətin idarə olunması istehlakçıların məlumatlandırılması, həmçinin daxili məqsədlər və şirkət əməkdaşlarının öyrədilməsi üçün tətbiq edilir.