Xidmətlərimiz

ŞİFAHİ TRCÜMƏ

Ardıcıl tərcümə

Ardıcıl tərcümə elə bir şifahi tərcümə prosesidir ki, burada danışan şəxs fasilə edərkən tərcüməçi onun dediklərini tərcümə edir. Bu fasilələr bir qayda olaraq qısamüddətli olur, çünki peşəkar tərcüməçi adətən danışıq zamanı tərcümənin mətnini fomalaşdırır və fasilə vaxtı onu ifadə edir.

Şifahi ardıcıl tərcümə adətən nisbətən çox sayda iştirakçıların olduğu tədbirlərdə istifadə edilir.

***** Əlavə texniki təchizata ehtiyac yoxdur.

Sinxron tərcümə

Xüsusi avadanlığın köməyilə yerinə yetirilən şifahi tərcümənin ən çətin növlərindən biridir.

İstifadə olunan avadanlıq sayəsində tərcüməçi danışan şəxslə eyni vaxtda tərcümə etdiyindən, danışan şəxsin fasilə etməsi lazım gəlmir. Eyni vaxtda şifahi nitqin qəbul edilməsi və tərcümənin yaranması sinxron tərcümənin əsas xüsusiyyətidir.

Xüsusi avadanlıq dedikdə, adətən stasionar və ya yığma kabindən (budkadan) ibarət olan sinxron sistem nəzərdə tutulur. Həmin kabində sinxron tərcümə qurğusu yerləşir ki, o da tərcüməçilər üçün iki cüt qulaqlıqdan və mikrofondan, eləcə də qulaqlıq və ya bir yerdən digərinə aparıla bilən qəbuledici dəstindən ibarətdir.

Sinxron tərcümə texnologiyalarının istifadə olunması ilə aşağıdakılar təşkil edilir:

**** Sinxron tərcümə tələb olunan tədbirə ən az iki sinxronist cəlb edilməlidir.

Biz aşağıdakı dillərə tərcümə edilir:

Avropa İttifaqının dilləri (ingilis, alman, ispan, polyak, rumın, serb, xorvat və s.),

Postsovet məkanına aid dillər (rus, Ukrayna, Belorus, gürcü, qazax, qırğız, özbək və s.)

Asiya və Afrika ölkələrinin dilləri (Çin, Vyetnam, Koreya, hindi, benqal, fars, türk, ərəb, ivrit və s.).

YAZILI TƏRCÜMƏ